"Qəbələ" və "Keşlə" Avropa Liqasına məğlubiyyətlə başladı
02:22 13 İyul 2018
Azərbaycanın "Qəbələ" və "Keşlə" klubları Avropa Liqasına məğlubiyyətlə başlayıblar. Hər iki komanda I təsnifat mərhələsində ilk görüşdəcə uduzaraq, növbəti mərhələ şanslarını çətinləşdirib.
"Qəbələ" öz meydanında Lüksemburq "Proqres"inə yenilib - 0:2. Hər iki qol fasilədən sonra vurulub. Mayron de Almeyda 51-ci dəqiqədə hesabı açıb. Olivye Till isə bundan 10 dəqiqə sonra penaltini dəqiq yerinə yetirib.
"Keşlə" isə Maltada "Baltsan"la qarşılaşmada darmadağın olub - 1:4. Hesabı 12-ci dəqiqədə Alfred Effionq açıb. 21-ci dəqiqədə Leklao fərqi artırıb. 29-cu dəqiqədə Sezar Meza Kolli penaltidən fərqi azaltsa da, 34-cü dəqiqədə Boyan Kalyeviç "Baltsan"ın üçüncü qolunu vurub. Oyunda son nöqtəni isə 55-ci dəqiqədə Kadu qoyub.
Hazırda Azərbaycanın Avroliqadakı daha bir təmsilçisi "Neftçi"nin Macarıstan "Uypeşt"i ilə görüşü davam edir. İlk yarıdan sonra hesab bərabərdir - 1:1.
Cavab görüşləri iyulun 19-da keçiriləcək.
Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
"Baltsan" (Malta) – "Keşlə" (Azərbaycan) - 4:1
"Qəbələ” (Azərbaycan) – "Proqres” (Lüksemburq) - 0:2
Femida.az
Oxunub: 571
Oxşar xəbərlər
- Samsung Neo QLED 8K ilə evinizə böyük futbolu gətirin (FOTOLAR)
- Azərbaycanda futbolçu faciəvi şəkildə öldü-FOTO
- Ukraynada 16 yaşlı futbolçu anası ilə birgə öldürülüb
- Ukraynada ölən futbolçuya qəhrəman adı verilib
- Azərbaycan bayrağını təhqir edən erməni futbolçulara cinayət işi açılıb
- Gənc futbolçu silah və narkotik saxladığı üçün həbs olunub
- Azərbaycan çempionatında futbolçular arasında kütləvi dava düşüb
- Komada olan erməni futbolçu ölüb
- Azərbaycanda veteran futbolçu vəfat edib
- Əfqanıstanlı futbolçu ölkəni tərk etmək istəyərkən vəfat edib