"Qəbələ" və "Keşlə" Avropa Liqasına məğlubiyyətlə başladı


02:22     13 İyul 2018 18_07_12_1531419177.jpg

Azərbaycanın "Qəbələ" və "Keşlə" klubları Avropa Liqasına məğlubiyyətlə başlayıblar. Hər iki komanda I təsnifat mərhələsində ilk görüşdəcə uduzaraq, növbəti mərhələ şanslarını çətinləşdirib.

"Qəbələ" öz meydanında Lüksemburq "Proqres"inə yenilib - 0:2. Hər iki qol fasilədən sonra vurulub. Mayron de Almeyda 51-ci dəqiqədə hesabı açıb. Olivye Till isə bundan 10 dəqiqə sonra penaltini dəqiq yerinə yetirib.

"Keşlə" isə Maltada "Baltsan"la qarşılaşmada darmadağın olub - 1:4. Hesabı 12-ci dəqiqədə Alfred Effionq açıb. 21-ci dəqiqədə Leklao fərqi artırıb. 29-cu dəqiqədə Sezar Meza Kolli penaltidən fərqi azaltsa da, 34-cü dəqiqədə Boyan Kalyeviç "Baltsan"ın üçüncü qolunu vurub. Oyunda son nöqtəni isə 55-ci dəqiqədə Kadu qoyub.

Hazırda Azərbaycanın Avroliqadakı daha bir təmsilçisi "Neftçi"nin Macarıstan "Uypeşt"i ilə görüşü davam edir. İlk yarıdan sonra hesab bərabərdir - 1:1.

Cavab görüşləri iyulun 19-da keçiriləcək.

Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyunlar


"Baltsan" (Malta) – "Keşlə" (Azərbaycan) - 4:1
"Qəbələ” (Azərbaycan) – "Proqres” (Lüksemburq) - 0:2

Femida.az

Açar sözlər: futbol  

Oxunub: 570