Mövlud Çavuşoğlu Nikol Paşinyanı təbrik edib

Mövlud Çavuşoğlu Nikol Paşinyanı təbrik edib

12:33     13 İyul 2018 cavusoglu.jpg

Ermənistanın baş naziri Nikol Paşinyan NATO-nun Brüsseldəki sammiti çərçivəsində Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə söhbət etdiyini açıqlayıb.

“Biz zalda əyləşərkən Türkiyə XİN rəhbəri yanımızdan tələsik keçdi, sonra geri dönərək Avropa Şurasında vaxtı ilə birgə çalışdığı XİN rəhbəri Zoqrab Mnatsakanyana yaxınlaşdı. Daha sonra mənimlə tanış olaraq, Ermənistandakı vəziyyətin inkişafını diqqətdə saxlanıldığını bildirib”, - deyə Paşinyan Brüssel aeroportunda bildirib.

“Çavuşoqlu həmçinin məni baş nazir vəzifəsinə seçilməyimlə bağlı təbrik edib. Aramızda hər-hansı digər söhbət olmayıb”, - deyə Paşinyan qeyd edib.

Femida.az

Açar sözlər: #Çavuşoğlu   #Paşinyan   #Türkiyə   #XİN  

Oxunub: 584