Salyanda mikroavtobus aşıb - 10 nəfər xəstəxanaya yerləşdirilib


12:58     13 İyul 2018 qeza_yeni.jpg

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az-ın xəbərinə görə, qəza rayonun Sarvan kəndi ərazisində qeydə alınıb. “Mercedes Vito” markalı mikroavtobus və “Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində 10 nəfər xəsarət alıb. Qəza zamanı “Mercedes Vito”-nun aşdığı bildirilir.

Xəsarət alan şəxslər Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan ikisinin azyaşlı olduğu bildirilir.

Qəzanın təfərrüatları müəyyənləşdirilir. Əlavə məlumat veriləcək.

Femida.az

Açar sözlər: #Salyan   #Polis   #Yaralı  

Oxunub: 561