Bakıda ahıl kişini maşın vurub

Bakıda ahıl kişini maşın vurub

09:06     13 İyul 2018

Nizami rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

Femida.az report.az-a istinadən bildirir ki, yol-nəqliyyat hadisəsi metronun "Neftçilər" stansiyasının çıxışına yaxın ərazidə qeydə alınıb.

1949-cu il təvəllüdlü Abdullayev Zakir Səməd oğlu piyadalar üçün müəyyən edilməmiş yerdən keçərkən onu minik avtomobili vurub.

Nəticədə o, bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb. Z. Abdullayev təcili yardım maşını vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinə məlumat verilib.

Femida.az

Açar sözlər: #Nizami   #Qəza   #Yaralı   #DİN   #Polis  

Oxunub: 115