İlin ikinci Günəş tutulması baş verib


13:50     13 İyul 2018 2018/07/gunes_1531461158.jpg

İlin ikinci Günəş tutulması hadisəsi qeydə alınıb.

Femida.az xəbər verir ki, təbiət hadisəsi bu gün saat 05:48-də olub. Tutulmanın maksimumu saat 07:01-də, sona çatması isə 08:13-də qeydə alınıb.

Təbiət hadisəsi demək olar ki, insanların yaşamadığı Sakit və Hind okeanı hövzələrini, həmçinin Avstraliyanın cənub hissəsini və Antarktidanı əhatə edib.

Qeyd edək ki, növbəti tutulma avqustun 11-nə təsadüf edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 534