Dənizdə faciə - İki azyaşlı boğuldu


14:04     13 İyul 2018 18_07_13_1531461990.jpg


Qaradağ rayonu ərazisində çimərlikdə 2 azyaşlı oğlan batıb.

2005-ci il təvəllüdlü Rzayev Rüfət Bəşir oğlu və 2008-ci il təvəllüdlü Ağazadə Yusif Ağaəli oğlu ailə üzvləri ilə birlikdə dənizdə çimərkən nəzarətsiz qaldıqlarından batıblar. Uşaqlara valideyinləri də kömək edə bilməyiblər. Azyaşlıların meyiti FHN-nin Sularda Xilasetmə Dövlət xidmətinin əməkdaşları tərəfindən sudan çıxarılıb. Meyitlər müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qaradağ rayon şöbəsinə aparılıb.

Faktla əlaqədar Qaradağ rayon prokurorluğunda araşdırmalara başlanılıb./ölkə.az

Femida.az

Açar sözlər: #dəniz   #azyaşlı   #boğulma  

Oxunub: 1016