Gediş haqqı artırılacaqmı?


21:24     12 May 2015 musa%20pə.jpg

"Azərbaycanda ictimai nəqliyyatın bütün xidmətləri dövlət tərəfindən tənzimlənir”


Femida.az-ın məlumatına görə, bunu jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov Bakıda keçirilən 14-cü Beynəlxalq "Nəqliyyat, tranzit və logistika" və 5-ci Yubiley Xəzər Beynəlxalq "Yol infrastrukturu və ictimai nəqliyyat" sərgisinin açılışı zamanı bildirib.

Onun sözlərinə görə, tariflərin artırılması nazirliyin planlarına daxil deyil: "Azərbaycanda ictimai nəqliyyatın bütün xidmətləri dövlət tərəfindən tənzimlənir. Hətta yeni müasir avtobuslar istismara verildikdən sonra qiymətlər əvvəlki səviyyədə qalacaq. Vətəndaşlar bilməlidirlər ki, bunlar hətta Avropada geniş yayılmayan daha müasir avtobuslardır. Biz vətəndaşları onlarla diqqətli və səliqəli davranmağa çağırırıq".

Qeyd edək ki, bu ilin I rübündə 65 ədəd orta və çoxtutumlu müasir avtobus gətirilib. Ümumilikdə ölkəyə "Iveco" markalı 300 yeni avtobus tədarük edilib.

Açar sözlər:

Oxunub: 465