Qardaş bacısını öldürdü - Yasamalda qanlı olay


14:33     13 İyul 2018 bicaq_qadin_000.jpg

Bakıda 42 yaşlı qadın qardaşı tərəfindən öldürülüb.


Yasamal rayonunda 1976-cı il təvəllüdlü Xanım Bayramova kirayə yaşadığı evdə bıçaqlanaraq qətlə yetirilib.

Onu qətlə yetirən qardaşı 1974-cü il təvəllüdlü Sədi Bayramov Xızı rayonunda saxlanılıb.

Fakt üzrə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.(Report)

Açar sözlər: #kriminal  

Oxunub: 2895