Naxçıvanın yeni avtobusları - FOTO


14:48     13 İyul 2018 2018/07/naxci-1531462209_3062929212.jpg

Ötən gün Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə 5 yeni avtobus təqdim olunub.


Femida.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Qeyd olunub ki, hazırda 6 avtobus Naxçıvan-Bakı və Naxçıvan-İqdır istiqamətində, 56 avtobus isə Naxçıvan şəhərində 8 marşrut xətti üzrə fəaliyyət göstərir. Yeni alınan avtobuslar Naxçıvan şəhərində sərnişindaşıma xidmətinin səviyyəsini daha da artıracaqdır.

Hazırda muxtar respublikada 139 marşrut xəttində 400-ə yaxın avtobusla sərnişindaşıma xidməti həyata keçirilir.

Məlumat verilib ki, yeni alınan "KİNG-LONG XMQ 52" markalı 5 avtobusun hər biri 22-si oturacaq, 20-si ayaqüstü olmaqla 42 sərnişin yerlikdir. Şəhərdaxili yollarda hərəkət üçün xüsusi dizayn olunan avtobuslar mexaniki sürət qutusu ilə təchiz edilib. Dizel yanacağı ilə işləyən avtobusların mühərriki AVRO 4 standartına uyğundur.

Avtobusların geniş salonunda sərnişinlərin rahatlığı nəzərə alınmış, havalandırma yeri və 9 siyirməli şüşə, eləcə də 2 elektron məlumat tablosu quraşdırılıb.



Femida.az

Açar sözlər: #Naxçıvan   #Avtobus   #Dizel   #Bakı  

Oxunub: 1215