Gömrükdə gizlədilən telefonlar aşkarlanıb


15:27     13 İyul 2018 2018/07/15314-1531466744_1531466973.jpg

Gömrük nəzarətindən gizlədilən mobil telefonlar və aksesuarlar aşkarlanıb.


Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Femida.az-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “BMW-525” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra baxış zamanı avtomobilin sağ və sol qanadlarının içərisindən 40 ədəd “X-Bo” və 2 ədəd “Samsung Galaxy J3” markalı mobil telefonlar və aksesuarlar aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 427