Neftçalada toy yasa döndü - Ölən və yaralanan var


15:43     13 İyul 2018 toyda%20dava7.jpg

DİN-dən Femida.az-a verilən məlumata görə, iyulun 9-da saat 23 radələrində Neftçala rayon sakini Azər Əliyev Şirvan şəhəri ərazisindəki şadlıq saraylarının birində aldığı bıçaq xəsarəti ilə xəstəxanaya aparılarkən yolda ölmüş, Sabirabad rayon sakini Teymur Həsənov isə əlindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmişdir.

Şirvan və Mingəçevir Şəhər Polis Şöbələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Fuad Əsgərov Mingəçevir şəhərinin ərazisində saxlanılıb.

Femida.az

Açar sözlər: #Toy   #Dava   #Ölüm   #Neftçala  

Oxunub: 1709