Azərbaycanda insanları öldürən xəstəliklər - Statistika


16:23     13 İyul 2018 xestexana_875.jpg

Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da əhali arasında ölüm hallarına əsasən qan dövranı sisteminin xəstəlikləri, yenitörəmələr, həzm sisteminin, tənəffüs orqanlarının xəstəlikləri səbəb olur.

Femida.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin statistik məlumatlarına əsasən, 2017-ci ildə bu xəstəliklərdən ölənlərin sayı əhalinin hər 100 000 nəfərinə hesabı ilə müvafiq olaraq 345,8, (qan dövranı sisteminin xəstəlikləri), 89,( yenitörəmələr), 25,4 (həzm sisteminin xəstəlikləri) və 18,9 (tənəffüs orqanlarının xəstəlikləri ) nəfər təşkil edib.

Ölümün səviyyəsi gözlənilən ömür uzunluğu göstəricisində də öz əksini tapır. Ötən il doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 75,4 yaş, o cümlədən oğlanlar üçün – 73,1 yaş, qızlar üçün isə – 77,8 yaş olub.

2017-ci ildə 1,7 min nəfər 1 yaşadək körpə vəfat edib (1,0 min oğlan, 0,7 min qız) və ya hər 1000 nəfər diri doğulandan 11,1-i ölüb.

Körpə ölümünün əsas səbəbləri perinatal dövrdə meydana çıxan hallar, tənəffüs orqanlarının xəstəlikləri və anadangəlmə anomaliyalardır (inkişaf qüsurları). 2017-ci ildə bu xəstəliklərdən hər 10 000 nəfər diri doğulana müvafiq olaraq 70 (perinatal dövrdə meydana çıxan hallar), 13 (tənəffüs orqanlarının xəstəlikləri), 10 körpə (anadangəlmə anomaliyalar) ölüb.

2017-ci ildə doğuşdan sonrakı dövrün, doğuşun və hamiləliyin ağırlaşması nəticəsində 21 zahı və hamilə qadın vəfat edib, yaxud hər 100 min nəfər diri doğulana 14,6 ana ölümü qeydə alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1162