Maştağa sakini bıçaqlanıb


16:43     13 İyul 2018 bicaq_24867446645.jpg

Maştağa qəsəbə sakini Hacıağa Əliyev bıçaqlanıb.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, iyulun 12-də saat 4 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisindən qəsəbə sakini Hacıağa Əliyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə daxil olmuş məlumatla əlaqədar 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini Mircəlal Süleymanov saxlanılıb.

​Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

Femida.az

Açar sözlər: #Bıçaqlanma   #Maştağa   #Polis   #DİN  

Oxunub: 495