Bakı-Quba yolunda təmir işləri aparılır


17:21     13 İyul 2018 2018/07/1531470925_1531473747.jpg

Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yollunun 10-32-ci km-lik hissəsində yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "APA-Economics"əFemida.az-a verilən məlumata görə, işlərin axşam saatlarınadək davam etdirilməsi nəzərdə tutulub.

"Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur", - deyə məumatda vurğulanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 404