Atasının ikinci arvadını öldürən şəxsin məhkəməsində dava düşdü


17:59     13 İyul 2018 1442557655_mehkeme-zali.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində 57 yaşlı qadınının qətlində təqsirləndirilən Rəhim Bağırovun cinayət işi üzrə məhkəmə başlayıb.


Femida.az APA-ya istinadən xəbər verir ki, hakim Azər Paşayev sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə zalında mərhumun yaxınları ilə təqsirləndirilən şəxsin yaxınları arasında dava düşüb, onlar əlbəyaxa olublar.

Məhkəmə nəzarətçiləri tərəfləri sakitləşdirib.

Məhkəmənin baxış iclası iyulun 17-nə təyin olunub.

Qeyd edək ki, hadisə ötən il Şamaxı şəhərində qeydə alınıb. Şəhər sakini, 1960-cı il təvəllüdlü Bağırova Badam Abduləli qızının itkin düşməsi barədə polisə məlumat daxil olub.

Axtarış zamanı Badam Bağırovanın meyiti həyətindəki köhnə su quyusundan tapılıb. Araşdırma zamanı məlum olub ki, hadisəni bir neçə il əvvəl dünyasını dəyişən Hacı Bağırovun birinci nikahından olan oğlu 1958-ci il təvəllüdlü Rəhim Bağırov törədib.

O, atasının ikinci arvadını amansızlıqla qətlə yetirib, onun meyitini yaşadığı evin həyətindəki köhnə su quyusuna atıb.

Hacı Bağırov dünyasını dəyişsə də, hər iki arvadı öz övladları ilə birgə eyni həyətdə yaşayıb.

Femida.az

Açar sözlər: #Hökm   #Hakim   #Cinayət   #Həbs  

Oxunub: 1401