Bu yol iflic oldu: təmir nə vaxt bitir? – Rəsmi


18:18     13 İyul 2018 18_07_13_1531477143.jpg


Ukrayna dairəsində aparılan işlərin təxminən 1 həftə müddətinə yekunlaşdırılması planlaşdırılır.

Femida.az xəbər verir ki, bu barədə Axar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli yolun Ukrayna dairəsində aparılan təmirlə bağlı o istiqamətdə hərəkətin tam bağlanması ilə bağlı danışarkən deyib.

Qurum rəsmisi bildirib ki, yolun tez açılması və məhdudiyyətin aradan qaldırılması üçün işlər sürətlə davam edir:

“Hazırda təmir işi gedən hissədə işlər 2 gün müddətinə bitəcək. Daha sonra dairənin digər hissəsində işlərə start veriləcək. Ən pis halda işlər bir həftə ərzində yekunlaşmalıdır”.

Qeyd edək ki, Məhəmməd Hadi küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq iyul ayının 10-dan 11-nə keçən gecədən etibarən Ukrayna dairəsinin bir hissəsində asfalt-beton örtüyünün yenilənməsi işlərinə start verilib.

Bununla əlaqədar dairədən Gəncə prospekti, Neapol küçəsi və Məhəmməd Hadi küçəsinin Əhmədli metrostansiyası istiqamətində hərəkət məhdudlaşdırılıb.

Femida.az

Açar sözlər: yol   təmir  

Oxunub: 399