İranın viran siyasəti - Qonşu ölkələri susuz və işıqsız qoydu


19:41     13 İyul 2018 iran.png

İran Pakistan, Əfqanıstan və İraq kimi qonşu ölkələrə su və elektrik ixracını dayandırıb.


Femida.az ISNA agentliyinə istinadən xəbər verir, bu barədə İranın enerji naziri Rza Ərdəkaniyan bəyan edib. O, bildirib ki, bu qərarın səbəbi ölkədəki mövcus su və elektrik problemilə bağlıdır.
"İxracatın davam etdiriləcəyi təqdirdə, bu sahələrdə daxili təchizatda daha çox kəsintilər ortaya çıxacaq. Hazırda su və elektrik ixracatımızı sıfır səviyyəsinə endirmişik", - deyə Ərdəkaniyan bildirib.

O, vurğulayıb ki, İrandakı su və elektrik məsələsi qarışıq bir problemə çevrilib. Ərdəkaniyanın sözlərinə görə, bəzi qüvvələr su və elektrik problemindən İran xalqını təxribata təhrik etmək üçün istifadə etməyə çalışırlar. Bu səbəbdən də, həssas və təhlükəli olan məqamda xalq səbirli olmalı və problemlərin aradan qaldırılması üçün hər kəs birgə səy göstərməlidir.

İranın enerji naziri onu da bildirirb ki, mövcud problemlərin dəf edilməsi üçün hökumət iqlim və hava şərtlərinə uyğun tədbirlər həyata keçiriləcək.

Açar sözlər: #İran   #Tehran  

Oxunub: 2422