Ceyhun Bayramov vətəndaşları qəbul edib
22:17 13 İyul 2018
İyulun 13-də təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının qərargahında Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayon sakinlərini qəbul edib.
Nazirlikdən Femida.az-a verilən xəbərə görə, qəbuldan əvvəl təhsil naziri Ceyhun Bayramov və Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azad Balayev Heydər Əliyev Parkında ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayon sakinləri ilə yanaşı burada müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.
Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.
Qəbulda vətəndaşlar müəllimlərin yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), dərs yükünün artırılması, işə qəbul və digər məsələlərlə əlaqədar müraciət ediblər.
Bir sıra müraciətlərlə bağlı yerli təhsili idarəetmə qurumlarına tapşırıqlar verilib, əksər məsələlər isə yerindəcə həllini tapıb.
Femida.az
Oxunub: 639
Oxşar xəbərlər
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Ceyhun Bayramov Ankaraya yola düşüb
- Ceyhun Bayramov Gürcüstana gedib
- Ceyhun Bayramov: “Sərhədin delimitasiyası prosesi vaxt aparır”
- Ceyhun Bayramov İrana gedib
- Ceyhun Bayramov Türkiyəyə səfər edəcək
- Prokuror Ceyhun Sultanov və Cəlal İsayevin evlərindən oğurluq edən şəxslərə cəza istəyib
- Ceyhun Bayramov Böyük Britaniyanın dövlət naziri ilə Brüssel görüşünü müzakirə edib
- Ceyhun Bayramov: "Ermənistan cəzasız qalmamalıdır"
- Ceyhun Bayramov Almaniyaya yola düşüb