Londonda Tramp əleyhinə aksiya keçirilir
23:25 13 İyul 2018
ABŞ prezidenti Donald Trampın Böyük Britaniyaya səfəri etirazlara səbəb olub.
Femida.az xəbər verir ki, insanlar Parlament meydanından Trafalqar meydanına doğru yürüş edərək Trampın səfərinə etirazlarını bildiriblər.
Yüzlərlə insanın əlində “Tramp evinə geri qayıt” sözləri yazılmış plakatlar olub.
Qeyd edək ki, Trampın Böyük Britaniyaya səfəri dünən başlayıb. O, səfər çərçivəsində Böyük Britaniya baş naziri Tereza Mey ilə görüşüb. Görüşdə Tramp ABŞ-Böyük Britaniya əlaqələrinin ən yüksək səviyyədə olduğunu bildirib. Trampın Böyük Britaniya kraliçası Elizaveta ilə görüşü də nəzərdə tutulub.
Femida.az
Oxunub: 458
Oxşar xəbərlər
- Londonda “Qarabağın səsi” xeyriyyə konserti keçiriləcək
- Londonda koronavirusa görə fövqəladə vəziyyət elan edilib
- Londonda terror aktı baş verib, yaralılar var
- Londonda enerji forumu keçirilib
- Londonda bir milyon nəfər yürüş keçirdi
- Londonda insident - Yaralılar var
- Londonda erməni təxribatının qarşısı alınıb
- Londonda atışma baş verib
- Londondan Mumbaya uçan təyyarə Bakıda məcburi eniş etdi
- Londonda Sarkisyan əleyhinə nümayiş keçirilib