Avropa azərbaycanlıları Gəncədəki təxribatı pisləyir
23:45 13 İyul 2018
Avropa Azərbaycanlıları Konqresi (AAK) Gəncə hadisələri ilə bağlı müraciət yayıb.
Müraciətdə deyilir: “İyulun 10-da bir qrup radikal ünsürün Gəncə şəhərinin mərkəzində qanunsuz aksiya keçirərək qarşıdurma törətməyə cəhd etməsi, ölkədə sabitliyi pozmaq cəhdlərini və hadisə zamanı xidməti vəzifələrini yerinə yetirərkən iki yüksək rütbəli polis zabitimizin şəhid olmasını kəskin şəkildə qınayırıq. Hesab edirik ki, Azərbaycanda hökm sürən sabitliyi, iqtisadi inkişafı həzm edə bilməyən düşmənlərin göstərişi ilə ölkəmizdə törədilən terror aktlarının qarşısını almaq üçün xalqımız heç bir təxribata uymayaraq təmkinli olmalı və dövlətimizin sabitliyi naminə bu cür ünsürlərə qarşı birgə mübarizə aparmalıdır. Ölkədə xaos, anarxiya yaratmaq istəyən qüvvələr dövlətçiliyimizə qarşı çıxaraq öz məqsədlərinə çatmaq üçün sosial şəbəkələrdə dövlət əleyhinə çağırışlar edərək iğtişaşlar törətməyə çalışırlar. Təsadüfi deyil ki, bir sıra Avropa ölkələrində məskunlaşmış antimilli ünsürlər də onlara dəstək nümayiş etdirdilər. Bütün bunlara baxmayaraq radikalların ümidləri boşa çıxdı.
İnanırıq ki, hüquq-mühafizə orqanlarımız bu hadisələri törədən, Azərbaycanda vətəndaş qarşıdurması yaratmağa çalışan təxribatçıların layiqli cəzalarını verəcək. Avropa Azərbaycanlıları Konqresi hər zaman dövlətimizin, dövlətçiliyimizin, Prezidentinin yanındadır.
Femida.az
Oxunub: 402
Oxşar xəbərlər
- Avropada təbii qazın qiyməti ucuzlaşıb
- Avropada təbii qazın qiyməti yüksəlib
- Avropa İttifaqı Rusiya qazının əvəzedicisini tapıb
- Avropa Komissiyası Aİ-yə Rusiyaya qarşı yeni neft embarqosu layihəsi təklif edib
- Avropa Parlamenti Aİ-də şəffaflığın və demokratiyanın vəziyyətindən narahatdır
- Avropada qazın qiyməti həftəsonu 5 faiz ucuzlaşıb
- Avropa İttifaqı Şurasının Prezidenti Kiyevdə səfərdədir
- Avropada qazın qiyməti kəskin ucuzlaşıb
- Avropanın 4 ölkəsinin prezidenti Ukraynaya yola düşüb
- Avropa İttifaqı diplomatik missiyasını Kiyevə qaytarır