Dünya çempionatı tarixdə ilk dəfə qışda keçiriləcək


00:58     14 İyul 2018

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının tarixi açıqlanıb.

FİFA prezidenti Canni İnfantino bildirib ki, növbəti mundial 4 il sonra noyabrın 21-dən dekabrın 18-dək davam edəcək:

"Artıq qərar verilib, bütün ölkələrin liqaları bu barədə məlumatlandırılıb. Əminik ki, əla çempionat olacaq. Çünki oyunçular mundiala əla formada qatılacaqlar".

Qeyd edək ki, DÇ-2018 Rusiyada keçirilir. İyulun 14-də 3-cü yer uğrunda görüşdə Belçika və İngiltərə, iyulun 15-də final matçında isə Fransa və Xorvatiya üz-üzə gələcək.

Femida.az

Açar sözlər:

Oxunub: 422