"WhatsApp"dan gözlənilən funksiya


01:26     14 İyul 2018 whatsapp_190714.jpg

"WhatsApp" messencerinin son yenilənmiş versiyasında "Göndərilmiş məktub" işarəsi peyda olub.

Femida.az bildirir ki, bu funksiya başqa istifadəçilərdən göndərilmiş mesajları müşayiət etməyə imkan verəcək:

"Bu əlavə informasiya fərdi və qrup çatlarında daha yaxşı hərəkət etməyinizə kömək göstərəcək. Bu nişanə sayəsində öyrənəcəksiniz ki, sizə göndərilmiş mesaj həqiqətən dostunuz və ya yaxınınız tərəfindən yazılıb, yoxsa onlar sizə başqası tərəfindən yazılmış mesajı göndəriblər?" - deyə məlumatda bildirilir.

Qeyd edək ki, bu ay "WhatsApp"da kanal yaratmaq funksiyası da istifadəyə verilib. Daha əvvəl eyni funksiyanı yalnız "Telegram" təklif edirdi.

Femida.az

Açar sözlər:

Oxunub: 2508


Oxşar xəbərlər