Gəncədə 55 yaşlı qadını döydülər - Vəziyyəti kafidi


13:10     14 İyul 2018 dava%20qadin.jpg

Gəncədə döyülmə faktı qeydə alınıb.



Femida.az -ın APA-ya istinadən verdiyi məlumata görə, şəhər sakini, 1963-cü il təvəllüdlü Bayramova Gövhər İsmayıl qızı bacısının evində döyülüb.

Məlumata görə, bacısı ilə quda olan G.Bayramova ailə münaqişəsi ilə bağlı bacısının evinə gedib və orada döyülüb. 55 yaşlı qadın xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Açar sözlər: #Gəncə  

Oxunub: 1719