Traktor aşdı, 4 nəfər yaralandı


13:19     14 İyul 2018 1426434315_teleqraf.com1426424414traktor-2.jpg

Goranboy rayonunda ağır yol qəzası baş verib.


Femida.az APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan "Belarus" markalı traktorun aşması nəticəsində 4 nəfər xəsarət alıb.
Qəza zamanı xəsarət alan Samux rayonu, Ağasıbəyli kənd sakini, 1967-ci il təvəllüdlü Əsgərov Xanpolad Zahid oğlu, onun həmkəndlisi, 1974-cü il təvəllüdlü Məhərrəmov Daşqın Mədət oğlu, Goranboyun Baxçakürd kənd sakini, 1959-cu il təvəllüdlü Kərimov Rəfail Fərman oğlu və onun həmkəndlisi, 1990-cı il təvəllüdlü Həsənov Xəyal Mədət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Xəsarət alanlardan ikisinin vəziyyəti orta-ağır, daha ikisinin isə kafidir.

Məlumata görə, qəzaya yağan yağışdan sonra yolun çökməsi səbəb olub. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 534