“Qarabağ” Türkiyə mediasında: “Anderlext”ə şok!

“Qarabağ” Türkiyə mediasında: “Anderlext”ə şok!


15:32     02 Oktyabr 2015 gardasss.jpg

Avropa liqasının qrup mərhələsində keçirdiyi ikinci oyunda Belçikanın “Anderlext” klubunu məğlub edən “Qarabağ”ın qələbəsi Türkiyə mətbuatında da yer alıb.


Femida.az xəbər verir ki, Türkiyənin nüfuzlu Ligtv.com.tr, Sporx.com, Sporbahis.com saytları “Qardaş “Anderlext”i diz çökdürdü” başlığı ilə yayımladığı xəbərdə “Qarabağ”ın oyunun 36-cı dəqiqəsində Riçard Almeydanın qolu ilə rəqibini məğlub etdiyi yazılıb.

Bundan başqa, xəbərdə Qarabağın erməni işğalı altında olduğu üçün eyniadlı klubun oyunlarını Ağdamda deyil, Bakıda oynaması diqqətə çatdırılıb.

Türkiyənin məşhur Ntvspor.net saytı isə xəbəri “Qarabağdan “Anderlext”ə şok!” başlığı ilə yayımlayıb.

Xatırladaq ki, dünən axşam keçirilən oyundakı qələbədən sonra komandamız 2-ci sıraya yüksəlib.

Açar sözlər:

Oxunub: 1067