Goranboyda ev yandı, 1 nəfər xəsarət aldı


14:26     14 İyul 2018 yangin_38673636.jpg

Goranboyda yanğın faktı qeydə alınıb.



Femida.az-a FHN-dən verilən məlumata görə, rayonunun Dəliməmmədli şəhərində ümumi sahəsi 100 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının və dəhlizinin yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: #Yanğın   #Xəsarət   #FHN  

Oxunub: 418