Bakıda lift qəzasında xəsarət alanlardan - YENİ XƏBƏR


14:30     14 İyul 2018 18_07_14_1531549984.jpg


Bakının Xətai rayonunda liftin trosun qırılması ilə bağlı xəsarət alan 2 nəfər artıq evə buraxılıb.


Bunu 3 saylı şəhər klinik xəstəxanasından deyiblər. Bildirilib ki, Hüseyn Məmmədəliyev və Elnarə Məmmədəliyeva ilkin müayinə olunaraq evə şəraitinə buraxılıblar.

Qeyd edək ki, dünən axşam saatlarında Əhmədli qəsəbəsində, Xudu Məmmədov küçəsi 18 ünvanında bədbəxt hadisə qeydə alınıb.

Belə ki, çoxmərtəbəli yaşayış binasında trosu qırılan lift şaxtaya düşüb. Hadisə nəticəsində üç nəfər xəsarət alıb. Hər üç şəxs döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə nəticəsində xəsarət alan şəxslər bunlardır: 20 yaşlı Məmmədəliyev Hüseyn Elman oğlu, 40 yaşlı Məmmədəliyeva Elnarə Yusif qızı və 16 yaşlı adı hələ məlum olmayan oğlan.

Faktla bağlı araşdırma aparılır./lent.az

Femida.az

Açar sözlər: #lift   #Bakı   #qəza  

Oxunub: 656