“Taliban” ABŞ təyyarəsini vurub


15:35     02 Oktyabr 2015 taliban.jpg

Əfqanıstanda ABŞ-a məxsus hərbi-nəqliyyat təyyarəsinin vurulmasını “Taliban” hərəkatı üzərinə götürüb.


Femida.az-ın “RIA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə hərəkat üzvləri sosial şəbəkələrdə məlumat yerləşdiriblər.

Qeyd edək ki, Əfqanıstanın şərqində ABŞ-a məxsus “С-130 Hercules” tipli hərbi-nəqliyyat təyyarəsinin yerə düşməsi nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb. Təyyarənin göyərtəsində 6 hərbçi - heyət üzvü və 5 mülki əməkdaş olmaqla 11 nəfər olub.

Sərnişinlərin vətəndaşlığı açıqlanmır. Təyyarənin yerə çırpılmasından sonra baş vermiş partlayış nəticəsində hadisə yerində olan 3 Əfqanıstan vətəndaşı da ölüb./apa/

Açar sözlər:

Oxunub: 850