Piyadanı vurub qaçan sürücü tutuldu

Piyadanı vurub qaçan sürücü tutuldu

14:52     14 İyul 2018 piyada%20oglan.jpg

Bakıda piyadanı vurub qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 12-də saat 1 radələrində Biləcəri qəsəbəsi ərazisində qəsəbə sakini Binnət İsmayılovun xəsarət alması ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Hyundai” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Sait Həsənov saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər: #Bakı#piyada  

Oxunub: 265