Bu il də doğulan körpələrin çoxu oğlandır
14:59 14 İyul 2018
Bu il doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqları olub.
Femida.az xəbər verir ki, bu ilin 5 ayı əzrində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 55653 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,7 təşkil edib. Körpələrdən 1048-i əkiz, 39-u üçəm doğulanlardır.
Bu ilin əvvəlindən ölkə üzrə əhalinin sayı 31428 nəfər və ya 0,3 faiz artaraq 2018-ci il iyun ayının 1-i vəziyyətinə 9929513 nəfərə çatıb. Bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub.
Əhalinin ümumi sayından 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.
Femida.az
Oxunub: 1183
Oxşar xəbərlər
- Kürdəmirdə 2 yaşlı körpə zəhərlənib
- Xaçmazda 7 aylıq körpə yıxılaraq ölüb
- Bakıda körpəsini həyətə tullayan şəxs barəsində 4 ay həbs qətimkan tədbiri seçilib
- Bakıda qadının körpə bacısını diləndirməsi faktı aşkarlanıb
- Ucarda yol qəzasında ana və 7 aylıq körpəsi xəsarət alıb
- Bakıda 3 yaşlı körpəni avtomobil vurub
- Samuxda ev yanıb, körpə xəsarət alıb
- Gəncədə ananın nəzarətsiz qoyduğu körpə ilə bağlı araşdırmalara başlanılıb
- Bakıda 15 yaşlı qız uşaq dünyaya gətirib, özü və körpəsi ölüb
- Bakıda bir ailənin iki körpə övladı dəm qazından zəhərlənib