Bakı metrosunda növbəti dava – Geyimə görə + VİDEO


15:37     14 İyul 2018 18_07_14_1531553908.jpg

Bakı metrosunda növbəti dəfə qalmaqal yaşanıb.


Femida.az xəbər verir ki, bu dəfə də davaya səbəb geyim olub. Belə ki, kimliyi bəlli olmayan şəxs qatara daxil olan qadını qısa geyindiyi üçün tənqid edib. Başqasının geyiminə nəzarət etməli olduğunu düşünən “əxlaq polisi” tənqidini vətən xainliyinə, Qarabağa qədər aparıb. Gülünc hala düşən şəxsin dediyi sözlər sonda başına bəla olub.

Belə ki, o daha sonra başqa bir vətəndaşın etirazı ilə qarşılaşıb. Vəziyyət o həddə çatıb ki, oğlanlar əlbəyaxa olublar.



Açar sözlər: #dava   #metro   #Video   #youtube  

Oxunub: 4094