Beynəlxalq Boks Assosiasiyası 36 hakimdən imtina etdi


15:46     14 İyul 2018 2018/07/667883_1531554799.jpg

Beynəlxalq Boks Assosiasiyası (AİBA) 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çalışmış bütün hakimlərlə əməkdaşlığa son qoyub.


Femida.az xəbər verir ki, assosiasiya son olimpiadada iştirak edən 36 hakimdən imtina edib. Onlardan biri Azərbaycanı təmsil etmiş Rövşən Hüseynovdur. Hakimlərin hansı müddətə yarışlardan kənarlaşdırıldığı məlum deyil.

Qeyd edək ki, AİBA "Rio-2016"dakı hakimlikdən narazı qalıb. Bundan sonra hakim təyinatlarına cavabdeh olan Kərim Buzidi vəzifəsindən kənarlaşdırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 623