İki sayta cinayət işi açıldı, 3 nəfər tutuldu - Gəncə hadisələrinə görə


17:18     14 İyul 2018 18_07_14_1531559989.jpg


Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 2018-ci il iyulun 3-də Gəncə şəhərində törədilmiş terror aktında iştirakda təqsirləndirilən Əliyev Akif İsmayıl oğlu həbs edilib.

AzVision.az-ın əldə etdiyi məlumata görə, Əliyev Akif İsmayıl oğlu 1966-cı ildə anadan olub. Azərbaycan Respublikasının vətəndaşıdır.

Bundan başqa 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş vermiş cinayət hadisəsinin aktiv iştirakçıları Əliyev Seymur Ceyhun oğlu və Rüstəmov Elman İlham oğlu həbs ediliblər.

Əliyev Seymur Ceyhun oğlu 18.01.1993-cü ildə Gəncə şəhərində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır.

Həmçinin mətbuata bilə-bilə yalan məlumat yayan daha 2 saytın –“gununsesi.info” və “teref.info”-nun vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda cinayət işləri başlanıb.

Gəncə hadisələrində iştirakda şübhəli bilinən 4 şəxs Azərbaycan-Rusiya sərhədini Qusar rayonu ərazisindən, 1 nəfər isə Azərbaycan-Gürcüstan sərhədinin Qazax rayonu ərazisindən keçmək istərkən saxlanılıblar.

Azərbaycan Respublikasının Prezidenti yanında kecirilən müşavirədə qeyd etdiyi kimi, həmin hadisələrin törədilməsində əlaqəsi olan heç kəs məsuliyyətdən kənarda qalmayacaq, bütün təqsirli şəxslər ədalət məhkəməsi qarşısında cavab verəcəklər.

Femida.az

Açar sözlər: #Gəncə   #iğtişaş   #həbs   #kriminal  

Oxunub: 1576