Yarmarkalarda monitorinq aparılır


19:13     14 İyul 2018 2018/07/85C9411B-5646-410E-8D39-65F5E267589E_1531565399.jpeg

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında monitorinqləri davam etdirir.

Agentlikdən Femida.az-a verilən məlumata görə, monitorinqlər çərçivəsində iyul ayının 14-də Bakı və Sumqayıt şəhərlərində yerləşən yarmarkalara baxış keçirilib, satışa çıxarılan məhsulların mənşə sənədləri yoxlanılıb, eyni zamanda laborator müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülüb.

Agentliyin mütəxəssisləri yarmarkalarda keçirilən monitorinqlərin ilkin nəticələrini – məhsulların qablaşdırma, daşınma və satış şəraiti ilə bağlı aşkar olunan nöqsanları diqqətə çatdırıb.

Monitorinqlər zamanı aparılan maarifləndirmə işləri çərçivəsində, satışla məşğul olan vətəndaşlara qida təhlükəsizliyi qaydaları ilə bağlı, istehlakçılara isə məhsul seçərkən qida təhlükəsizliyi sahəsində diqqət edilməli xüsuslar haqqında məlumatlar verilib.

Qeyd edək ki, AQTA ötən həftədən etibarən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında monitorinqlərə başlayıb və monitorinqlərin nəticələri ilə bağlı ictimaiyyətə mütəmadi şəkildə məlumatlar çatdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 500


Oxşar xəbərlər