“Əhalini sakit yaşamağa qoysaydılar, …” - Novruz Məmmədov


15:52     02 Oktyabr 2015 trend_novruz-mammadov_270515_352.jpg

“Bir şey tam aydındır: əgər bu ölkələrin həyatına müxtəlif müdaxilələr olmasaydı, onların sabitliyi, təhlükəsizliyi bu dərəcədə pozulmasaydı, əhalini dinc, sakit yaşamağa qoysaydılar, insanlar heç vaxt öz doğma yurd-yuvalarını tərk etməzdilər”.


Femida.az-ın xəbərinə görə, bu sözləri Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, söhbət son dövrlər Yaxın Şərq və Şimali Afrika ölkələrindən olan miqrant-qaçqınların Avropaya geniş miqyas almış köçündən gedir.

Açar sözlər:

Oxunub: 869