Bərdədə qəbristanlıq yandı


21:12     14 İyul 2018 qebristanliq.JPG

Bərdə rayonu ərazisində yerləşən Lək qəbiristanlığında bu gün günorta saatlarında yanğın baş verib.

Femida.az Report-a istinadən xəbər verir ki, yanğın nəticəsində qəbirlərin bir çoxunun sinə və baş daşları tanınmaz hala düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Bərdə rayon Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Ətraf əraziləri bürüyən yanğının söndürülməsinə kənd sakinləri də qoşulublar.

İlkin ehtimallara görə, Lək kənd qəbiristanlığında başlayan yanğına səbəb həmin qəbiristanlığı ziyarət edənlərin əraziyə atdığı siqaret kötükləri olub. Qəbiristanlıqda 400-ə yaxın qəbir var, bir sıra qəbirlərə ziyan dəyib, ağacların gövdəsi yanıb.

Lək qəbiristanlığında başlayan yanğın, ümumilikdə, 1 hektar əraziyə yayılıb, quru ot yanıb. Yanğından mühafizə xidmətinin, eləcə də yerli sakinlərin səyi nəticəsində yanğını söndürmək mümkün olub.

Femida.az

Açar sözlər: Bərdə  

Oxunub: 1211