Bakıda dənizdən kişi meyiti tapıldı


22:30     14 İyul 2018 18_07_14_1531577073.jpg

Bakıda dənizdə batan 31 yaşlı kişinin meyiti tapılıb.


Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, iyulun 13-də Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 10 km aralıda, nəzarətsiz ərazidə) batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Məmmədov Ruslan Namiq oğlunun axtarışları başa çatıb. R.Məmmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Açar sözlər:

Oxunub: 563