İtaliya Prezidenti Azərbaycana gəlir


22:42     14 İyul 2018 18_07_14_1531577947.jpg

İtaliya Prezidenti Sergio Mattarella Azərbaycana dövlət səfəri edəcək.

Femida.az -ın məlumatına görə, S.Mattarella iyulun 17-də axşam Gürcüstana səfərindən sonra Bakıya gələcək.

Səfərin məqsədi İtaliya və Azərbaycan arasında iqtisadi və mədəni əməkdaşlığı inkişaf etdirməkdir.

Səfər çərçivəsində iyulun 18-də S.Mattarellanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır. Sergio Mattarella ADA Universitetində mühazirə ilə çıxış edəcək, iyulun 19-da isə İtaliya-Azərbaycan biznes forumunda iştirak edəcək.

Səfər iyulun 19-da başa çatacaq.

Açar sözlər:

Oxunub: 395