Azərbaycanda ağır cinayətlər törətmiş 47 qrup zərərsizləşdirilib


23:21     14 İyul 2018 vilayet%20eyvazov.jpg

"Ötən altı ayda mütəşəkkil cinayətkarlığa qarşı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 441, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 47 qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 82 nəfər cinayət məsuliyyətinə cəlb edilib".


Femida.az -ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyində keçirilən geniş kollegiya iclasında daxili işlər nazirinin birinci müavini polis general-leytenantı Vilayət Eyvazov bildirib.



Onun sözlərinə görə, transmilli mütəşəkkil cinayətlərdən olan narkotrafikə qarşı mübarizə tədbirləri səmərəli olmaqla, bu sahədə müəyyən edilmiş 1708, o cümlədən satışı ilə bağlı olan 525 fakt üzrə cinayətkarlardan 734,4 kiloqram narkotik vasitə götürülüb. Bu da ötən ilin 6 ayı ilə müqayisədə 131 kiloqram çoxdur. Xüsusi plan əsasında cari ilin may ayında başlanılmış tədbirlərlə qanunsuz kultivasiya edilən və yabanı halda bitən 78,8 ton çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

Açar sözlər:

Oxunub: 671