Bu əlamətlər varsa... - Bağırsaq xərçəngindən şübhələn


00:22     15 İyul 2018 18_07_14_1531585071.jpg

Bağırsaq şişinin ilkin mərhələsi poliplərlə başlayır. Poliplər bağırsağın xoşxassəli törəməsidir, lakin sonradan bədxassəliyə çevrilə bilər.


Femida.az medicina.az-a istinadən bağırsaq xərçənginin yaranma səbəblərini təqdim edir:

-Genetik irsi amillər. Nənə-baba, valideynlərdə bağırsaq polip və şişləri varsa, uşaqlarda yaranma riski 50%-dən çoxdur

-Bağırsaqlarda illərlə davam edən kolit, Kron xəstəliyi, iltihabi proseslər

Bağırsaq onkologiyasının əlamətləri:

-Qarında yayılmış ağrılar

-İştahanın kəsilməsi

-Ət yeməkdən imtina

-Diareya və qəbizliyin uzun müddət davam etməsi

-Nəcisdə və anusda qan izləri

-Nəcisin qara rəng alması

-Hərarətin səbəbsiz yüksək olması

-Qanazlığı

-Bədəndə halsızlıq, başgicəllənmə

Doğrudur, bu əlamətlər digər mədə-bağırsaq xəstəliklərində də çox aktualdır. Ona görə bağırsaq şişlərinə ilkin mərhələdə diaqnoz qoymaq çətinlik yaradır.

Müayinə üçün:

-Qastroenteroloq, cərrah palpasiya ilə qarını yoxlayır

-Duz bağırsaq yoxlanılır

-Kolonoskopiya - bütün bağırsaq sistemini yoxlamağa imkan verir

-Bağırsaq rentgeni

-KT vasitəsilə şişin yeri və figər orqanlara metastazını aydınlaşdırmaq olur

-Nəcis analizi

Müalicəsi:

Kimya terapiya, əməliyyat vasitəsilə 30% hallarda müalicə etmək mümkündür.

Açar sözlər:

Oxunub: 7320