Düşmən təxribat törətmək istədi - İtkilər verib geri çəkildi (FOTO)


15:07     15 İyul 2018 2018/07/05508DB5-9B78-4173-87FC-AB5317E4B980_1531637988.jpeg

Bu gün səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.



Femida.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb.

Özünün bildirdiyinə görə o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır.

Hadisə zamanı Azərbaycan Ordusunun bölmələri itki verməyib.



Femida.az

Açar sözlər:

Oxunub: 1871