Türk jurnalistlər Yunanıstanda saxlandı


15:49     15 İyul 2018 2018/07/3FA64BC8-4980-4023-A4B1-C9DCD18F531A_1531640938.jpeg

Yunanıstan polisi Türkiyənin TRT televiziyasının əməkdaşları saxlayıb.

Femida.az bildirir ki, jurnalistlər 3.5 saat Dədəağac polis bölməsində heç bir əsas olmadan saxlandıqdan sonra azadlığa buraxılıb.

Mən bir çox ölkədə xidmət aparmışam, dünyanın ən bərbad deyə biləcəyiniz yerində belə bu cür rəftarla qarşılaşmamışam. Həbs edilmə və tətbiq olunan şiddət çox çirkindir. Buna görə məyus oldum. Bir Avropa ölkəsinə belə vəhşicəsinə rəftarı heç yaraşdırmadım", - TRT müxbiri Fatih Sabuncu deyib.

Xatırladaq ki, çəkiliş heyyəti Yunanıstan ərazisində 15 iyul çevriliş cəhdi ilə əlaqədar proqram hazırlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 423