Kabildə partlayış törədilib - ölənlər və yaralananlar var
21:42 15 İyul 2018
Bu gün Əfqanıstan paytaxtında Kənd Rayonlarının İnkişafı Nazirliyinin binası yaxınlığında partlayış törədilib.
Femida.az bildirir ki, bu barədə "TOLOnews" telekanalı məlumat yayıb.
Partlayış yerli vaxtla saat 16.30 radələrində Kabilin Darulaman rayonunda baş verib. Terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu nazirliyin binasının darvazası qarşısında işə salıb. Nazirliyin rəsmi nümayəndəsi Faridun Azhand partlayışın işçilər nazirlikdən çıxarkən törədildiyini bildirib. Partlayış nəticəsində 10 nəfər ölən və yaralanan var.
Oxunub: 498
Oxşar xəbərlər
- Kabildə məbəddə partlayış baş verib
- Kabildə partlayış olub
- Kabildən Dohaya ilk kommersiya uçuşu icra edilib
- Kabildəki terrorda ölənlərin sayı 200 nəfərə çatıb
- Kabildən 18 mindən çox insan evakuasiya edilib- NATO
- Kabildə törədilən partlayışda 18 nəfər ölüb
- Kabildə güclü partlayışda 65 nəfər yaralanıb
- Kabildə nazirliyə hücum edildi
- Kabildə Rabitə Nazirliyi yaxınlığında PARTLAYŞ
- Kabildə partlayış - 10 nəfər ölüb