Yunis Səfərovu Suriyaya göndərən şəxs müəyyən edildi – FOTOLAR
22:00 15 İyul 2018
Femida.az-ın hüquq-mühafizə orqanlarından aldığı məlumata görə, Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsd törətmiş Yunis Səfərovun əvvəllər hazırda İran İslam Respublikası ərazisində yaşayan Tohid İbrahimbəyli tərəfindən hərbi təlimlər keçmək və döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndərildiyi müəyyən edilib.
Mütəmadi olaraq Azərbaycan dövlətçiliyi əleyhinə radikal çağırışlar edən Tohid İbrahimbəyli hələ 2017-ci ilin yanvarında radikal şiə təriqətçilərinə məxsus “nur-az.com” internet saytı vasitəsilə Elmar Vəliyevin öldürülməsinə çağırış etmişdi.
Yunis Səfərovla bağlı məlumatın araşdırılması zamanı məlum olub ki, bır sıra Azərbaycan vətəndaşları 2013-2016-cı illər ərzində Tohid İbrahimbəyli tərəfindən İranın Qum şəhərində toplanaraq, maddi maraq qarşılığında qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndəriliblər.
Belə ki, istintaq zamanı Göyüşov Taleh Həsən oğlu və Tohid İbrahimbəylinin yaxın qohumları İbrahimli Həbib Əkbər oğlu, Musayev Pərviz Əlimusa oğlu, Ziyadov Elmir Savadxan oğlunun Yunis Səfərovla birgə İran İslam Respublikasının Qum şəhərində Tohid İbrahimbəyli tərəfindən təşkil edilmiş gizli toplantıda və Suriya ərazisində qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etdikləri müəyyən edilib.
Həmçinin müəyyən olunub ki, Taleh Göyüşov bu ilin 10 iyul tarixində Gəncədə polis əməkdaşlarına soyuq silahla hücum edilməsi ilə müşayiət olunan qanunsuz aksiyanın fəal iştirakçısı olub.
Oxunub: 2771
Oxşar xəbərlər
- Polisin sinəsinə yerlədirilmiş kameraya düşən əməliyyatın ŞOK GÖRÜNTÜLƏRİ - VİDEO
- Bakıda polisin oteldə tutduğu qadın görün kimdir - DETALLAR
- Polis ”Kubinka”da əməliyyat keçirib, 8 saxlanılıb
- Yol polisi sürücülərə çağırış edib
- DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"
- DYP: "Bayram günləri polis gücləndirilmiş iş rejimində xidmət aparır"
- DİN-də polis mayoruna yüksək vəzifə verilib
- DİN Ağsu sakininin polis zorakılığına məruz qalması barədə iddialara münasibət bildirib
- Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
- Bakıda polis əməliyyat keçirib, 1 kq-dan çox heroin aşkar edilib