Bakıda çökmüş yolun bərpasına başlanıldı — VİDEO


23:35     15 İyul 2018 18_07_15_1531664828.jpg


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nəsimi rayonu ərazisindən keçən Cəlil Məmmədquluzadə küçəsində yolun çökmüş hissəsinin bərpasına başlayıb.


Femida.az Report-a istinadən xəbər verir ki, hazırda bərpa işləri ilə əlaqədar olaraq əraziya texnika və asfalt örtüyünün bərpası üçün zəruri olan materiallar gətirilib.

Agentliyin bundan əvvəl yaydığı məlumatda çökmənin səbəbinin ağır texnikaların apardığı qazıntı işlərindən sonra bəlli olacağı bildirilmişdi.



Femida.az

Açar sözlər: yol  

Oxunub: 786