Tramp: Rəqibim yoxdur, yenidən namizəd olacam


00:25     16 İyul 2018 tramp%20(1).jpg

ABŞ Prezidenti Donald Tramp 2020-ci ildə keçiriləcək prezident seçkilərində yenidən namizədliyini irəli sürəcək.

Bu barədə Tramp Britaniyanın “Deyli Meyl” nəşrinə danışıb.

“Bunu eləməyə qətiyyətlə qərar vermişəm. Görünür, namizəd olmağımı hər kəs istəyir”, - Tramp bildirib.

Tramp həmçinin demokratlar arasında özünə rəqib görmədiyini qeyd edib:

“Heç kimi özümə rəqib görmürəm. Onların hamısını tanıyıram və rəqib görmürəm. Onların düzgün namizədi yoxdur”./axar.az

Femida.az

Açar sözlər: Tramp  

Oxunub: 426