Fransa dünya çempionu oldu
01:37 16 İyul 2018
Futbol üsrə Fransa milli komandası tarixində ikinci dəfə dünya çempionu olub.
Femida.az-ın məlumatına görə, Didye Deşamın baş məşqçi olduğu kollektiv Rusiyadakı mundialın finalında Xorvatiya yığmasını məğlub edib - 4:2. Hesabı 18-ci dəqiqədə xorvatiyalı hücumçu Mario Mancukiç açıb. Lakin o, topu öz qapısına göndərib. Bundan 10 dəqiqə sonra İvan Perişiç bərabərlik qolunu vurub. 38-ci dəqiqədə isə argentinalı baş hakim Nestor Pitana VAR sisteminə müraciət edildikdən sonra Xorvatiyanın qapısına penalti təyin edib. O, Perişiçin əllə oyununu qayda pozuntusu kimi dəyərləndirib. Nəticədə Antuan Qrizmann penaltini dəqiq yerinə yetirib.
Fasilədən sonra tərəflər daha 3 qol vurublar. 59-cu dəqiqədə Pol Poqba, 65-ci dəqiqədə Kilian Mbappe fərqi artırıb. 69-cu dəqiqədə isə Mario Mancukiç qapıçı Uqo Lyorisin səhvindən sonra fərqi azaldıb.
Beləliklə, Fransa 1998-ci il mundialından sonra ikinci dəfə dünya çempionu olub. Deşam isə Mario Zaqallo (Braziliya) və Frants Bekkenbauerdən (Almaniya) sonra həm futbolçu, həm də baş məşqçi kimi dünya çempionu olan üçüncü baş məşqçiyə çevrilib.
Femida.az
Oxunub: 506
Oxşar xəbərlər
- Azərbaycan və Fransa XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
- Fransada “meymun çiçəyi” xəstəliyinə ilk yoluxma qeydə alınıb
- Fransa Ukraynaya humanitar yardımı 2 milyard dollara çatdıracaq
- Fransa Maliyyə Nazirliyi rusiyalı iş adamlarının mülklərinə həbs qoyub
- Bu gün Fransada prezident seçkilərinin ikinci turu keçiriləcək
- Ukrayna və Fransa prezidentləri arasında telefon danışığı olub
- Fransa Ukraynaya 300 milyon avro maliyyə yardımı göndərəcək
- Fransada Rusiya gəmiləri sanksiyalara görə saxlanılıb
- Fransa 10 minə yaxın hərbçisini səfərbər edəcək
- Çempionlar Liqasının finalı Rusiyadan alınaraq Fransaya verilib