Bağban ev sahibəsini öldürdü, ərini ağır yaraladı - Bakıda
13:03 16 İyul 2018
Hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib.
Femida.az-ın Report-a istinadən məlumatına görə, Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin 6-cı tağımın əməkdaşları Mərdəkan qəsəbəsində xidmətdə olarkən Range Rover markalı avtomobilin sürücüsünün özünü şübhəli aparnası onların diqqətini çəkib.
Yol Polis əməkdaşları maşına saxla əmri veriblər, lakin sürücü hərəkəti davam etdirib. Yaradılan süni tıxacın köməkliyi ilə Range Roveri saxlamaq mümkün olub.
Avtomobilə yaxınlaşan polis əməkdaşları dəhşətli səhnənin şahidi olublar.
Maşında qan içində iki nəfər olub. Sürücü dərhal saxlanılıb.
Maşında olan yaralılardan qadının öldüyü müəyyən edilib. Ağır vəziyyətdə olan 72 yaşlı Şuşalı Arzu Məmməd oğlu ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Həkimlər onun vəziyyətinin ağır kimi qiymətləndirib.
Araşdırmalar zamanı məlum olub ki, Arzu Şuşalını ağır yaralayıb həyat yoldaşını qətlə yetirən bağlarında işləyən bağbandır.
Ev sahibi bağbanı işdən azad etdiyini bildirəndə o məlum hadisəni törədib daha sonra onları öz avtomobilləri ilə aparıb meyidlərini gizlətmək istəyib.
Faktla əlaqədar Xəzər rayon prokurorluğunda cinayət işi başlanıb araşdırma aparılır.
Femida.az
Oxunub: 722
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Bakıda usta işlədiyi evdə intihar etdi
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakı sakini küçədə əmisini qətlə yetirib
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb