Qaraj içindəki əşyalarla birgə yandı


13:08     16 İyul 2018 yangin_38673636.jpg

Quba rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Qacar Zeyid kəndində ümumi sahəsi 150 m² olan qarajın yanar konstruksiyaları, içərisində qoşqu, taxta taralar, yaxınlıqdakı ümumi sahəsi 21 m² olan tövlə və ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları, altına yığılmış taxta taralar yanıb.

Bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Açar sözlər: #Qaraj   #Əşya   #FHN  

Oxunub: 387